Bədəni yanan körpənin atası fəryad edir: “Ağrılarına görə yata bilmir” - FOTO

Bir yaşlı Məsumənin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Bakunews.media-a onun atası Rüfət Şükürov məlumat verib.

O bildirib ki, ötən il oktyabrın 3-də övladının üzərinə qaynar su tökülərək yandırıb.

“Biz Astarada yaşayırıq. Hadisə günü yoldaşım toyuq təmizləmək üçün su qaynadıb. Məsumə iməkləyərək qazanı üstünə çəkib. Hadisə baş verən gün bizi Bakıda yerləşən xəstəxanalardan birinə göndərdilər. Bir müddət orada müalicə alsaq da, imkanımız olmadığı üçün məcburən oradan çıxdıq. İnanın, ağrıları o qədər şiddətlidir ki, bütün gün ağlayır, susmur. Məsumə çox balacadır, ağrılara dözümü yoxdur. Hazırda övladımın müalicəsini davam etdirmək üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (099) 857-53-50.

Yardım üçün kart nömrəsi: 4169 7388 1195 2617.

0.054943084716797