Millimizin futbolçusu “Liverpul”a belə qol vurdu - FOTO/VİDEO

Premyer Liqa Beynəlxalq Kubokunda qrup mərhələsinin sonuncu turunun oyunları keçirilib. 

Bakunews.media xəbər verir ki, millimizin üzvü Renat Dadaşovun formasını geyindiyi İngiltərənin “Vulverhempton” klubunun 23 yaşadək komandası (U-23) da növbəti matçına çıxıb.

Sözügedən komanda “Liverpul”un eyni yaş qrupundan ibarət kollektivi ilə öz meydanında üz-üzə gəlib. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 2:2.

Renat da bu görüşdə 90 dəqiqə meydanda olub. Komandasının ikinci qolunu da 49-cu dəqiqədə məhz Dadaşov vurub. Bununla belə, onun komandası 53 və 54-cü dəqiqələrdə iki top buraxaraq bir xala razılaşmalı olub.

Nəticədə “canavarlar” üç xalla qrup sonuncusu kimi qalıb. Qrup birincisi olan “Liverpul” U-23-ü dörd xalla 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, “Vulverhempton” U-23-də çıxış edən Renat Dadaşov növbəti oyununa fevralın 3-də çıxa bilər. Onun komandası Premyer Liqa 2 çərçivəsində səfərdə “Sauthempton”la qarşılaşacaq.

Səbuhi Musayev

0.31655383110046