Premyer Liqa: “Qarabağ” “Turan Tovuz”un, “Sabah” “Sumqayıt”ın qonağı olacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulacaq.
Bakunews.media xəbər verir ki, sonuncu gündə daha iki oyun keçiriləcək.
İlk matç Tovuzda baş tutacaq. Şəhərin eyniadlı komandası “Qarabağ”ı qəbul edəcək. Meydan sahibləri 35 xalla 7-ci pillədə qərarlaşıb. Ağdam klubu 63 xalla liderdir.
Tura “Sumqayıt” - “Sabah” qarşılaşması ilə yekun vurulacaq. “Gənclik şəhəri” təmsilçisi 39 xalla 4-cü, qonaqlar 37 xalla 5-ci yerdədir.
Azərbaycan Premyer Liqası, XXVII tur
16:00. “Turan Tovuz” - “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Tovuz şəhər stadionu
19:00. “Sumqayıt” - “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” “Səbail”i (3:0), “Zirə” “Kəpəz”i (2:1) məğlub edib. “Araz-Naxçıvan” - “Qəbələ” matçında qalib müəyyənləşməyib - 1:1.