Tovuzda avtomobillər toqquşub, xəsarət alanlar var

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Alakol kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ” markalı minik maşını digər avtomobillə toqquşub. Qəza zamanı xəsarət alan 1999-cü il təvəllüdlü Arzu Süleymanov,1994-cü il təvəllüdlü Azər Abdıyev və daha bir qadın xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

0.42075991630554