Dünya şahmat tacı: İlk oyunun qalibi məlum oldu

Şahmat üzrə dünya çempionu adı uğrunda görüşdə hazırkı dünya çempionu çinli Din Lijen ilk oyununda iddiaçılar turnirinin qalibi hindistanlı Dommaraju Qukeşə qalib gəlib.

Bakunews.media TASS-a istinadən xəbər verir ki, görüş Sinqapurda baş tutub.

Oyunun əvvəlində Qukeş təşəbbüsü ələ almağa çalışsa da, bacarmayıb.

4 saat 11 dəqiqə davam edən qarşılaşmada Lijen qələbə qazanıb.

İlk oyundan sonra hesab 1:0 Çin şahmatçısının xeyrinədir. İkinci oyun noyabrın 26-da keçiriləcək.

Xatırladaq ki, şahmat tacı uğrunda mübarizə klassik vaxta nəzarət ilə 14 oyundan ibarətdir. 14-cü oyuna qədər şahmatçılardan biri 7,5 xal toplasa, görüşün qalibi vaxtından əvvəl müəyyən edilə bilər. Heç-heçə baş verərsə, şahmatçılar taybreyk oynayacaqlar.

0.044064998626709