Övladı ağır xəstəlikdən əziyyət çəkən ana: “Bayramda süfrəmizə qoymağa nəsə tapmadıq” - FOTO

12 yaşlı İsmətin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Bakunews.media-a onun anası Günel Rzayeva məlumat verib.

O bildirib ki, övladı anadangəlmə miopatiya (əzələ xəstəliyi olub, əzələ zəifliyi ilə müşahidə olunur) xəstəliyindən əziyyət çəkir.

“İsmətin 12 yaşı var. O, anadangəlmə miopatiya xəstəliyindən əziyyət çəkir. Övladım doğulan gündən bütün müalicələrini etsək də, hazırda onun vəziyyəti ağırdır. Həkimlər övladımdan ümidi kəsməyimi desə də, mən bir ana kimi bunu bacarmıram. Onun son gününə qədər mübarizə aparmağa hazıram. İnanın, əlimdə olan hər şeyi satmışam, artıq borc almağa da kimsəm qalmayıb. Bayramda süfrəmizə qoymağa nəsə tapmadıq. Nə müalicə edə bilmirəm, nə normal qidalandıra bilmirəm övladımı. İsmətin müalicəsi üçün hazırda 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 725-26-87.

Uni Bank - 5243 7544 4230 2418.

0.056411027908325