İlin ilk Ay tutulması başa çatıb - YENİLƏNİB
İlin ilk Ay tutulması başa çatıb.
Bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından Bakunews.media-a məlumat verilib.
Bildirilib ki, Bakı vaxtı ilə saat 08:53-də başlayan yarımkölgəli Ay tutulması 13:32-də bitib.
09:04
Bu ilin ilk Ay tutulması başlayıb. Bu hadisə yarımkölgəli Ay tutulmasıdır.
Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından Bakunews.media-a verilən məlumata görə, Bakı vaxtı ilə saat 08:53-də başlayan tutulma hadisəsi saat 13:32-də sona çatacaq. Tutulmanın maksimumu saat 11:13-də olacaq.
Tutulma Amerika, Antarktida, Alyaska və Rusiyanın şimal-şərqi daxil olmaqla, Ayın üfüqün üstündə olduğu istənilən yerdə görünür. Tutulma Azərbaycandan müşahidə olunmur, çünki Ay həmin vaxt üfüqün altında olur. Yarımkölgəli Ay tutulmasını adi gözlə görmək çətin olur. Belə ki, kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.