Nurməhəmmədov-Ferqyuson döyüşünün promoroliki yayıldı - VİDEO

Mütləq Döyüş Çempionatı (UFC) rusiyalı Həbib Nurməhəmmədov  və amerikalı Toni Ferqyuson arasında baş tutacaq görüşün anonsunu yayıb. Promorolik təşkilatın Twitter akkauntunda yerləşdirilib.

Xatırladaq ki, döyüşçülər yüngül çəkidə UFC çempionu tituluna görə aprelin 18-də mübarizə aparacaqlar. Kəmərin cari sahibi 31 yaşlı Nurməhəmmədov karyerasında üçüncü dəfə bu titulu müdafiə edəcək. Hər iki döyüşçü təşkilatın mövcud idmançıları arasında ardıcıl qələbələrin sayına (12) görə UFC - nin lideridir. Amerikalı Con Cons ardıcıl 16 qələbə qazanıb, lakin diskvalifikasiya səbəbindən karyerasını dayandırıb.

0.3414990901947