Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı YENİLİK: Qeydiyyatsız tikililərlə bağlı QƏRAR - VİDEO
Boşanma zamanı tərəflər arasında sənədsiz evlərin də bölgüsü aparılacaq.
Xezerxeber.az-ın məlumatına görə, ölkədə boşanma zamanı ər-arvadın əmlakının bölünməsi ilə bağlı yeni qərar qəbul edilib.
Qərarda boşanmalarda tez-tez rast gəlinən bir sıra vacib məqamlar əksini tapıb ki, onlardan biri də qeydiyyatsız tikililərlə bağlıdır. Əgər tərəflər nikah dövründə özbaşına tikili inşa ediblərsə, yeni qaydaya əsasən, boşanma zamanı ilk növbədə onların hər ikisinin burada yaşamaq imkanları nəzərdən keçiriləcək. Əgər mümkündürsə, hər ikisi bu mənzildə yaşaya biləcəklər. Amma keçmiş ər və arvadın bu evdə birgə yaşaması obyektiv səbəblərdən mümkün deyilsə, həmin evin tərəflər arasında bölünməsi baş verəcək.
Mövzuya münasibət bildirən Vəkillər Kollegiyasının üzvü Emil Aslanov bildirib ki, boşanmalar zamanı ən çox yaşanan problemlərdən biri də daşınmaz əmlakla bağlı olur. Onun sözlərinə görə, tərəflər birgə yaşamayacağı təqdirdə, evin inşasına sərf edilmiş vəsaitinin yarısını bir-birindən tələb edə biləcəklər.
Qeyd edək ki, sənədsiz tikilinin ər və arvad arasında bölünməsi barədə qərar - bu tikilinin qanuni sayılması demək deyil. Bu məhkəmə qərarı heç bir halda həmin əmlaka hüququ tanıyan bir qərar və ya əmlakın qeydiyyata alınmasına əsas vermir. Sadəcə, ər-arvad arasında əmlak bölgüsü və bütün mübahisələri həll edən məsələ olacaq.
Ətraflı süjetdə: