6 yaşlı Duyğunun atası: “Dəyərli əşyalarımızı satsaq da, əməliyyat üçün pulumuz çatmır” - FOTO
Altı yaşlı Duyğu ağır xəstəlikdən əziyyət çəkir.
Bu barədə Bakunews.media-a onun atası Vüsal Umudlu məlumat verib.
O bildirib ki, övladı kəskin leykoz xəstəliyindən əziyyət çəkir.
“Duyğunun altı yaşı var, qızım hər zaman sağlam, normal uşaq olub. Son bir neçə ayda səhhətində problemləri oldu. Martın 12-də isə Duyğunun bu ağır xəstəlikdən əziyyət çəkdiyini öyrəndik. Hazırda onun müalicəsi davam edir. Amma həkimlər Duyğuya ilik köçürülməsi əməliyyatını tövsiyə edirlər”.
Vüsal Umudlu qızının bu əməliyyatı üçün 85 min dollara ehtiyacları olduğunu deyib.
“Biz Duyğunun əməliyyatı üçün lazım olan 85 min dolların (145 min manat) cəmi 80 min manatını toplaya bilmişik. Mən hərbçiyəm, yoldaşım isə evdar qadındır. Bu məbləği toplamaq üçün maddi gücümüz çatmır. Nə satmağa evim, nə də elə dəyərli əşyam qalmayıb. Toplanan məbləği də dost-tanışın, iş yoldaşlarımın köməyi ilə və dəyərli əşyalarımızı satıb toplaya bilmişik. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını, bu çətin yolda onu yalnız buraxmamalarını xahiş edirəm. Duyğu hər zaman gülərüz, gözəl arzularla yaşayan uşaq olub. Son günlər ağrıları o qədər artıb ki, övladımın üzü gülmür”.
Ailə ilə əlaqə: (055) 303-80-07.
Express Bank: 4724 9414 2819 9121.