Losev: “Crocus”da terror aktını sifariş edənlər tezliklə məlum olacaqlar”

“Crocus City Hall”da terror aktını sifariş edənlər tezliklə məlum olacaqlar”.

Bu sözləri Rusiyanın Xarici və Müdafiə Siyasəti üzrə Şuranın Rəyasət Heyətinin üzvü Aleksandr Losev deyib.

Onun sözlərinə görə, hazırlıqlara müxtəlif ölkələrin kəşfiyyat mərkəzləri cəlb olunub.

“Bunun iyrənc və qeyri-insani üsulla edilməsi onu deməyə əsas verir ki, burada bütün mümkün güclü qüvvələrin və kəşfiyyat mərkəzlərinin cəlb olunduğunu göstərir”, - deyə o qeyd edib.

Losev vurğulayıb ki, Rusiya xalqını bu cür terror aktları ilə qorxutmaq olmaz.

Xatırladaq ki, terror aktı martın 22-də axşam saatlarında baş verib. Rusiya İstintaq Komitəsinin son məlumatına görə, 143 nəfər ölüb.

Mənbə: “RIA Novosti” “Telegram” kanalı

0.39013504981995