Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, vergi orqanlarının sərəncamında olan, tutduğu vəzifədən müvəqqəti olaraq kənarlaşdırılan, yaxud intizam tənbehi tətbiq edilmiş, həmçinin barəsində cinayət təqibi üzrə icraat başlanılmış vəzifəli şəxs müvafiq olaraq vəzifəyə təyin olunana, vəzifəsinə qaytarılana, intizam tənbehi götürülənə, cinayət təqibi üzrə icraata bəraətverici əsaslarla xitam verilənə və ya məhkəmənin hökmü ilə bəraət alanadək növbəti xüsusi rütbəyə təqdim edilməyəcək.

Qeyd edək ki, hazırda intizam tənbehi tətbiq edilmiş vergi orqanının vəzifəli şəxsinə növbəti xüsusi rütbə, həmin şəxsin üzərindən intizam tənbehi götürülənədək verilmir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

0.058892011642456