Ucarda qəza: Yaralılar var - FOTO

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Qazıqumlaq kəndindən keçən hissəsində Bakı istiqamətində hərəkətdə olan “Land Rover” markalı minik avtomobili idarəetmədən çıxaraq arakəsməyə çırpılıb.

Nəticədə Bakı şəhər sakinləri - 1962- cı təvəllüdlü Tamella Rəsul qızı Şıxəliyeva və 1985-ci il təvəllüdlü Könül Zabil qızı Əsgərova təcili tibbi yardım avtomobili ilə Ucar Mərkəzi Ŕayon Xəstəxanasına gətiriliblər.

Zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra onlar Göyçay xəstəxanasına göndəriliblər. Fakt araşdırılır.

0.066524982452393