Rusiyada terror aktının qarşısı alındı: İnsanların kütləvi toplaşdığı yerdə… - VİDEO

Rusiyanın Stavropol diyarında terror aktının qarşısı alınıb.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, terror aktı Mərkəzi Asiya ölkələrindən birinin üç vətəndaşı tərəfindən hazırlanıb. Əcnəbilər insanların kütləvi toplaşdığı yerlərdən birində partlayış törətməyi planlaşdırıblar.

Faktla bağlı Rusiya Federal Təhlükəsizlik Xidmətinin Stavropol diyarı üzrə İstintaq Şöbəsi  tərəfindən Cinayət Məcəlləsinin “Terror aktı” maddəsi üzrə cinayət işi açılıb.

“Stavropol diyarında iş üzrə təqsirləndirilən şəxslərin yaşayış yerində aparılan istintaq tədbirləri zamanı əldəqayırma partlayıcı qurğunun komponentləri, kimyəvi maddələr və dağıdıcı elementlər aşkar edilərək götürülüb”, - deyə xüsusi xidmət orqanlarından bildirilib.

Federal Təhlükəsizlik Xidməti əməliyyatın digər təfərrüatları və saxlanılanların kimliyini açıqlamayıb.

Mənbə: İnterfaks.ru

0.057798862457275