Salyan sakinini döyüb öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Salyan sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan "Report"a bildirilib ki, oktyabrın 19-da saat 21:00 radələrində Salyan rayon sakini Əziz Salayevin baş nahiyəsindən aldığı xəsarətlər nəticəsində ölməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.

Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törədən, əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü E.Səmədov saxlanılıb.

Araşdırmalar aparılır.

Salyan sakini döyülərək öldürülüb.

"Report"un məlumatına görə, hadisə şəhərin T.Xəlilbəyli küçəsində qeydə alınıb.

Rayon sakini, 1973-cü il təvəllüdlü Əziz Sərvənəli oğlu Salayevin meyiti həmin küçədə aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

İlkin məlumata görə, Ə.Salayevin döyülərək öldüyü bildirilir.

Hadisənin əsl səbəbi isə aparılan araşdırmalardan sonra məlum olacaq.

0.1097948551178