Qaxda birmərtəbəli ev yanıb

Qax rayonunun Qum kəndində yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, Qum kəndində ümumi sahəsi 63 kvadratmetr olan birmərtəbəli iki otaq və eyvandan ibarət evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

0.045223951339722