Gəncədə türkiyəli tələbələr arasında dava: Xəsarət alan var
Gəncədə iki Türkiyə vətəndaşı arasında dava olub.
Bakunews.media xəbər verir ki, Bayer Kaan Ərmağan oğlu ilə Ağır Hüseyn Harun oğlu arasında yaranmış münaqişə zamanı ikinci baş nahiyəsindən xəsarət alıb.
Bildirilib ki, hər iki şəxs Azərbaycan Dövlət Aqrar Universitetinin birinci kurs tələbəsidir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Bakunews.media-a açıqlama verib.
O bildirib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır, müvafiq ekspertiza təyin olunub, araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Aytac Qasımova