Abşeronda qanunsuz tikililər söküldü - FOTO/VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu barədə Bakunews.media-a FHN-dən məlumat verilib.
Bildirilib ki, bu çərçivədə, Abşeron rayonunun Xırdalan şəhəri və Saray qəsəbəsi ərazilərində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikililər sökülüb.