Bakıda nənəsi ilə yolu keçən beşyaşlı uşağı avtomobil vurub
Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, Xətai rayonunda nənəsi ilə yolu keçən 2019-cu il təvəllüdlü Amil Emil oğlu Vəliyevi avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.