Bakı sakini özünü bıçaqlayıb

Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

1988-ci il təvəllüdlü Anar Rəsulov yaşadığı evdə özünə bir neçə bıçaq zərbəsi endirib.

Yaralı yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

0.053644180297852