Saatlı sakini atasından qalan avtomatı polisə könüllü təhvil verib
Saatlı sakini atasından qalan avtomatı polisə könüllü təhvil verib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.
Məlumata görə, rayonun Nərimankənd kənd sakini evinin həyətindəki tövlədə söküntü işləri aparan zaman dünyasını dəyişən atasının orada gizlətdiyi bir ədəd avtomatı, iki ədəd darağı və 21 ədəd patronu aşkar edib və könüllü olaraq polis əməkdaşlarına təhvil verib.