Vətəndaşlar elektron pulun saxta olub-olmamasını necə müəyyən edə bilərlər? - VİDEO
Son günlər saxta kriptovalyuta tələsinə düşmə halları artmaqdadır. Onlayn qaydada kriptovalyuta almaq istəyən bir neçə vətəndaşın pul vəsaitləri bank kartlarından naməlum hesablara köçürülüb.
Xezerxeber.az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev deyir ki, təkcə dünən bir neçə şəxs belə faktdan zərər görüb.
E.Hacıyev onu da əlavə etdi ki, həmin şəxslərin hansısa birja, maliyyə qurumu və bankla əlaqələri yoxdur.
Bəs onlayn platformada saxta kriptovalyutanı necə müəyyən etmək olar? İnformasiya Texnologiyaları üzrə mütəxəssis Bəhruz Əliyev hesab edir ki, kiberdələduzlar bu işi ustalıqla etdiklərindən bəzən vətəndaşlar bunu müəyyən etməkdə çətinlik çəkirlər.
DİN vətəndaşları diqqətli olmağı, saxta hesablar üzərindən kriptovalyuta mübadiləsindən çəkinməyi tövsiyə edir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: