Müalicəyə ehtiyacı olan Ülvinin atası: “Tək övladımızdır, borc almaqdan da utanırıq artıq” - FOTO

10 yaşlı Ülvinin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Bakunews.media-a onun atası Ayaz İbrahimxəlilov məlumat verib.

O bildirib ki, övladı anadangəlmə beta-talassemiya xəstəliyindən əziyyət çəkir.

“Ülvi artıq 10 ildir ki, beta-talassemiya xəstəliyindən əziyyət çəkir. Xəstəliyini bildiyimiz ilk gündən onun müalicələrini vaxtlı-vaxtında etməyə çalışmışıq. Əslində dəfələrlə xarici ölkəyə gedib orada da müayinədən keçmək istəsək də, buna imkanımız çatmayıb. Elə burada yazılan müalicələri etmişik. Hazırda Ülvinin müalicəsi üçün 700 manata ehtiyacımız var”.

Balaca Ülvinin atası fəhləliklə ailəsini dolandırdığını deyib.

“Biz Mingəçevirdə yaşayırıq. Ülvi bizim tək övladımızdır. Yoldaşım evdar qadındır, mən isə ailəmi fəhləliklə bir təhər dolandırıram. Ülvinin müalicəsi üçün yoldaşımın qızıllarını, dəyərli əşyalarımızın hamısını satmışıq. Borc almaqdan da utanırıq artıq. Ayın əvvəli borc alıb, bir ay sonra qaytarırıq, bir neçə gün sonra yenə borc axtarırıq. Yardımsevər şəxslərdən bizim bu çətin vəziyyətdən çıxmağımıza dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (051) 792-40-25.

Uni Bank: 5243 7544 4759 7616.

0.058007001876831