FIFA prezidenti: “Rövnəq Abdullayev 16 il Azərbaycan futboluna uğurla xidmət edib”

“Hörmətli Rövnəq müəllim, sizə təşəkkürümü bildirirəm. 16 il Azərbaycan futboluna uğurla xidmət etmisiniz”.

“Report” xəbər verir ki, bu fikirlər FIFA-nın prezidenti Canni İnfantinoya məxsusdur.

Ali futbol qurumunun rəhbəri AFFA-nın Hesabat-Seçki Konfransında videomüraciətlə çıxış edib.

“Bu müddət ərzində siz gözəl futbolunuzun infrastrukturuna çoxlu sərmayə yatırdınız. Bu illər ərzində keçirdiyimiz görüşlərdə Azərbaycanda futbolu necə təbliğ etmək barədə danışdıq. Mən özüm də AVRO-2020-nin Türkiyə - İsveçrə oyunu zamanı Bakıda idim, inkişafın bir daha şahidi oldum. 2019-cu ildə UEFA Avropa Liqasının final matçını izləyərkən də inkişafı gördüm.

Həmçinin Azərbaycanda qadın futbolunun da inkişafı hiss olunur. Gələcək üçün də hər şeyin ən yaxşısına ümid edirəm”, - deyə İnfantino vurğulayıb.

0.057040929794312