Cəlilabadda yol-nəqliyyat hadisəsində xəsarət alanların durumu açıqlanıb - YENİLƏNİB
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin durumu açıqlanıb.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından “Report”un sorğusuna cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbilə iki nəfər xəstəxananın Təcili Yardım Şöbəsinə hospitalizasiya olunub.
2002-ci il təvəllüdlü (qadın cinsli) şəxsə başın təpə nahiyəsinin şişkinliyi diaqnozu, 1994-cü il təvəllüdlü (qadın cinsli) şəxsə başın küt travması diaqnozu təyin edilib.
Onlara zəruri tibbi yardımlar göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
19:48
Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.
Belə ki, “Toyota Prius” markalı minik avtomobilinin VAZ-2106 markalı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində iki qadın xəsarət alıb.
Yaralılar rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.