Aramsız yağışların Kürdəmirdə evlərdə və həyətlərdə yaratdığı FƏSADLAR - VİDEO
Küçələrdə, evlərdə, həyətyanı sahələrdə, hətta zirzəmilərdə də yağış suları var.
Xezerxeber.az-ın məlumatına görə, Kürdəmirdə yağışın fəsadları hələ də qalmaqdadır.
Sakinlərin sözlərinə görə, küçə və həyətlərə yağış sularının dolma səbəblərindən biri də kanalizasiya xəttinin olmamasıdır.
Məsələ ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyətindən bildirilib ki, şəhərin Tural Qurbanov küçəsi 2018-ci ildə asfaltanıb.
Son illərdə həmin küçədə dəmir yolu xətti boyunca yeni fərdi yaşayış evləri tikilib, dalanlar yaranıb. “Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”na uyğun olaraq “Azərsu” ASC tərəfindən 2011-ci ildə Kürdəmir şəhərinin və bitişik ərazilərin kanalizasiya xətlərinin çəkilişinə başlanılıb. Lakin işlər 2014-cü ildə yarımçıq saxlanılıb.
Buna görə də, intensiv yağış yağdıqda şəhərin bəzi küçələrində olduğu kimi Tural Qurbanov küçəsinin də bir çox hissəsində su yığılaraq qalır.
“Azərsu” ASC-dən isə bildirilib ki, Kürdəmir şəhərində mərkəzləşdirilmiş su infrastrukturu layihəsi icra olunaraq tamamlanıb. Şəhərin kanalizasiya şəbəkəsinin layihəsi də hazırlanıb və gələcəkdə icra ediləcək.
Ətraflı süjetdə: