Sürücülərin NƏZƏRİNƏ: Əsas prospektlərdən birində təmir işləri davam etdirilir - FOTO

15 mart tarixindən etibarən 8 Noyabr prospektində əsaslı təmir işlərinə başlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, bir müddət əvvəl Azərbaycan Avtomobil Yolları Agentliyi (AAYDA) məlumat yayaraq təmir müddətində sürücülərdən sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunub.

Amma aydın məsələdir ki, paytaxtda avtomobil idarə edən hər sürücünün bu məlumatdan xəbəri yoxdur. Belə olan halda isə təmir aparılan ərazidə xüsusən də gecə saatlarında təhlükəsizlik tədbirləri yüksək səviyyədə görülməli idi.

Təqdim edilən fotolardan isə bunun əksini görürük. Belə ki, sürət həddinin saatda 60 kilometr olduğu prospektdə təmir olunan yerlərdə uzaqdan görünə bilən işıqlandırıcı nişanlardan istifadə edilməyib. Sürücülər isə yalnız həmin yerə çatanda bunun fərqinə varırlar ki, bəzən artıq bu, gec olur.

Mövcud problem bir sıra qəzalara səbəb olub, avtomobillərə ciddi ziyan dəyib.

0.06019401550293