Ağır yanıq xəsarətləri alan uşağın yardıma ehtiyacı var - FOTO
Bir yaşlı Fərid ağır yanıq xəsarətləri alıb.
Bu barədə Bakunews.media-a onun anası Cəmilə Ələsgərova məlumat verib.
O bildirib ki, övladı martın 10-da ehtiyatsızlıq səbəbindən yanıb.
“Fəridin bir yaşı var. Martın 10-da iməkləyərkən çaydanı üzərinə aşırıb. Biz Sabirabad rayonunda yaşayırıq. Hadisə olan kimi dərhal Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Fərid orada müalicə aldı. Artıq evimizə dönmüşük. Müalicələri davam etdirməyə isə imkanımız çatmır. Övladımın ilkin müalicəsi üçün 900 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (070) 593-99-79.
Kapital Bank: 4169 7388 6325 3815.