Bu il Dövlət Neft Fondu AÇG-dən 1,5 milyard dollara yaxın gəlir əldə edib

Bu ilin yanvar-mart aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 1 milyard 447,8 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Bu barədə Bakunews.media fonddan məlumat verilib.

Bildirilir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 596,2 milyon ABŞ dolları və yaxud 29,2% azdır.

Xatırladaq ki, ötən ilin yanvar-mart aylarında ARDNF AÇG-dən 2 milyard 044 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də bp (30,37%), SOCAR (25%), “MOL Group” (9,57%) INPEX (9,31%), “Equinor” (7,27%), “ExxonMobil” (6,79%), TPAO (5,73%), ITOCHU (3,65%), “ONGC Videsh Limited” (OVL, 2,31%) pay sahibidir.

0.38650107383728