Gəncədəki Şəhidlər xiyabanında olan naməlum məzarlardan 22 nəfərin şəxsiyyəti müəyyənləşib

“İtkin sayılan vətəndaşlardan daha 73 nəfərin taleyi aydınlaşıb”. 

Bakunews.media bildirir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının kütləvi informasiya vasitələri üçün brifinqində qurumun İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.

O bildirib ki, Dövlət Komissiyası itkin düşmüş bütün vətəndaşlarımızın taleyinin aydınlaşdırılması üçün səylərini davam etdirəcək.

Eldar Səmədov qeyd edib ki, 73 nəfər iki istiqamət üzrə müəyyən olunub.

“Biri respublikanın ayrı-ayrı şəhər və rayonlarında tanınmadan dəfn edilən naməlum məzarlardan çıxan meyit qalıqlarıdır. Bakı şəhərində Şəhidlər xiyabanında 13 nəfər tanınmadan dəfn edilib. Ağdam rayonu Sarıcalı kəndi üzrə üç nəfərin şəxsiyyəti eyniləşdirilib. Gəncə şəhəri Şəhidlər xiyabanında olan naməlum məzarlardan 22 nəfərin şəxsiyyəti müəyyənləşib. Tərtər rayon Şəhidlər xiyabanında 13 nəfərin şəxsiyyəti eyniləşdirilib. Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlıqdan çıxan meyit qalıqlarından 4 nəfərin, Şuşa rayonu Daşaltı kəndi üzrə 2 nəfərin şəxsiyyəti müəyyənləşdirilib”, - deyə o əlavə edib.

Aqşin Kərimov

0.15837693214417