12 yaşlı Ömərin anası yardım diləyir - FOTO

12 yaşlı Ömər Pirmalıyevin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Bakunews.media-a onun anası Nərminə Əzizova bildirib.

O qeyd edib ki, övladı serebral iflicdən əziyyət çəkir.

“Ömər doğulan gündən serebral iflicdən əziyyət çəkir. Bu günə qədər bütün müalicələrini etmişik, amma artıq tükənmişik. Onun müalicələrini davam etdirməyə imkanımız yoxdur. Müalicələr olmayanda isə Ömərin ağrıları daha da artır, əziyyət çəkir”.

Nərminə Əzizova bildirib ki, Ömərə hazırda sətəlcəm diaqnozu qoyulub:

“Öməri soyuq havalarda qətiyyən çölə çıxarmırıq. Qış ərzində ancaq evdə olur. Evin istisinə o qədər öyrəşir ki, çox az müddətə çölə çıxanda xəstələnir. Həkimlər ona sətəlcəm diaqnozu qoyublar. Mənim Ömərlə birgə üç övladım var, Ömərin xəstəliyi bizi əldən salıb - heç nəyi çatdıra bilmirik. Ömərin müalicəsi üçün hazırda 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (051) 373-24-47.
Kapital Bank: 4169 7388 4824 2586.

0.075236797332764