Bakıda iki avtomobil toqquşub: Xəsarət alanlar var - FOTO

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var.

Bakunews.media xəbər verir ki, qəza Heydər Əliyev prospekti, 5 saylı “ASAN xidmət” mərkəzinin qarşısında qeydə alınıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib ki, qəza səbəbindən həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətlərində sıxlıq yaranıb.

Hadisə yerinə polis və təcili yardım maşınları cəlb olunub.

TƏBİB-dən bildirilib ki, hadisə nəticəsində 4 nəfər (kişi cinsli) xəsarət alıb. Onlardan 2 nəfər Kliniki Tibbi Mərkəzə, 2 nəfər isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

0.049666166305542