Bakıda vaxtilə yüzlərlə insanın işlədiyi müəssisələr hazırda xarabalığa çevrilib - VİDEO

Vaxtilə yüzlərlə insanın əmək fəaliyyəti ilə məşğul olduğu müəssislər indi xarabalığı xatırladırlar.

Xezerxeber.az-ın məlumatına görə, paytaxt Bakının bir çox ərazilərində sadəcə dörd divarları və içindəki tozlu xatirələri qalan, fəaliyyətini dayandırmış müəssisələrin binaları var.

Gecələr isə daha çox narkotik istifadəçilərinin üz tutduğu belə yerlərin sayı çoxdur.

Gələk Bakının mərkəzinə, Yasamal rayonu, Dilarə Əliyeva küçəsindəki bir əsrdən çox yaşı olan Fantaziya hamamına...

Bura da digərləri kimi indi evsizlərə qucaq açır. Yaxın günlərdə isə özəl mülk olduğu deyilən hamamın açıq olan pəncərələri heç kim içəri girməsin deyə taxta parçaları ilə qapadılıb.

Bəs xarabalığa çevrilmiş bu yerlərin aqibəti necə olacaq?

Məsələyə Əmlak Məsələləri Dövlət Xidmətindən münasibət bildirilib.

Ətraflı süjetdə:

0.059998035430908