Bakı-Sumqayıt yolunda toqquşan avtomobillərdən biri dərəyə yuvarlanıb - AÇIQLAMA

Bu gün səhər, təxminən saat 7 radələrində Bakı-Sumqayıt yolunun Saray DYP postu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bakunews.media-a hadisə şahidləri məlumat veriblər.

Baş vermiş hadisə ilə bağlı Bakunews.media-ın sorğusuna cavab olaraq, Baş Dövlət Yol Polis İdarəsi faktı təsdiqləyib.

Qeyd olunub ki, sözügedən ərazidə "Mercedes" markalı iki avtomobil toqquşub. Zərbə nəticəsində "Mercedes" markalı avtomobillərdən biri yol kənarındakı dərəyə yuvarlanıb. Digər maşın isə dəmir arakəsmənin üzərində ilişib qalıb. Ölüm faktı qeydə alınmayıb, bir nəfər xəsarət alıb. Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunublar.

İlkin ehtimala görə, qəzaya səbəb yüksək sürət və səhv manevr etmə göstərilir.

Könül Cəfərli

0.050411939620972