Bakıda köşk yanıb, bir nəfər ölüb

Bakı şəhərinin Nizami rayonunda köşk yanıb.

Bakunews.media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi dörd kvadratmetr olan köşkün yanar konstruksiyaları yanıb.

“Yanğının kəşfiyyatı zamanı bir nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır”, - deyə qeyd olunub.

0.049393892288208