Bakıda sürücü səkini şəxsi parkinq etdi - VİDEO
Paytaxtda qayda pozan sürücü görüntülənib.
Avtosfer.az xəbər verir ki, dünən Murtuza Muxtarov küçəsində 77-YF-876 qeydiyyat nişanlı, “Hyundai” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini səkinin üzərində park edib.
Bu da yoldan keçən piyadaların rahat və təhlükəsiz hərəkətinə mane olub. Həmçinin küçədə çoxlu parkinq üçün yerlər də təşkil olunub. Sakinlər bildiriblər ki, avtomobil, demək olar ki, hər gün burada dayanır.
Qeyd edək ki, sürücü dayanma-durma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən, 20 manat məbləğində cərimə olunmalıdır.