Heydər Əliyev prospektində bitum daşıyan maşın aşdı, maye yola dağıldı - YENİLƏNİB + VİDEO

Heydər Əliyev prospekti, metronun “Koroğlu” stansiyasının qarşısında bitum daşıyan yük maşını aşıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində avtomobildə olan maye yola dağılıb. Nəqliyyat vasitələrinin hərəkətində çətinlik yarandığından mərkəz istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Qeyd edək ki, baş vermiş hadisə nəticəsində həm mərkəz, həm aeroport yolu istiqamətində sıxlıq yaranıb.

13:31

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Bakunews.media xəbər verir ki, qəza Heydər Əliyev prospektində şəhər istiqamətində gedən yolda baş verib.

Yanacaqdaşıyan avtomobili aşıb. Sürücü xəsarət alıb.

Qeyd olunur ki, aşan yanacaqdaşıyan avtomobil olduğu üçün yerə dağılan yanacaq səbəbindən avtomobillərin hərəkətində problem yaranıb.

Nəzrin Vahid

0.044218063354492