AZAL-ın yaradılmasından 32 il ötür

Ölkənin milli aviadaşıyıcısı olan Azərbaycan Hava Yollarının (AZAL) yaradılmasından 32 il ötür.

Bakunews.media-ın məlumatına görə, 7 aprel 1992-ci ildə təsis edilən AZAL ölkənin müstəqillik əldə edildikdən sonra yaradılmış ilk milli aviaşirkətidir.

AZAL-ın qərargahı Bakı şəhərində yerləşir. Aviaşirkətin baza hava limanı, Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı şəhərindən 20 km şimal-şərqdə yerləşir. Şirkət Avropa, MDB, Şimali Amerika, Yaxın Şərq və Asiya ölkələrinə sərnişin daşımalarını həyata keçirir.

Azərbaycan Prezidenti İlham Əliyevin 30 mart 2021-ci il tarixli sərəncamına əsasən, AZAL Azərbaycan İnvestisiya Holdinqinin tabeliyinə verilib.

2004-cü ildə ölkə Prezidenti İlham Əliyevin qərarı ilə Binə hava limanı Heydər Əliyev Beynəlxalq Aeroportu adlandırılıb.

2018-ci ildə Britaniyanın “Skytrax” konsaltinq şirkəti tərəfindən Azərbaycanın milli aviadaşıyıcısı “5 ulduz” reytinqinə layiq görülüb. “Skytrax” şirkətinin versiyasına görə, “Azərbaycan Hava Yolları” aviaşirkəti Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkət adlandırılıb.

Həmçinin AZAL Azərbaycanda böyük ziyanla fəaliyyət göstərən dövlət şirkətlərindən biridir. Ümumilikdə AZAL-ın tabeliyində olan qurumların sayı 14-dür. Bunlardan 7-si ayrı-ayrı rayonlarda yerləşən hava limanlarıdır. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir.

0.098417043685913