Dünyanın buz sinfinə aid yeganə təchizat gəmisi yanıb - FOTO

Rusiyanın Vladivostok limanında dünyanın buz sinfinə aid yeganə təchizat gəmisi “Katerina Velikaya” yanıb.

Yanğın sahəsinin 50 kvadratmetr olduğu bildirilir. Yanğın gəminin təmiri zamanı baş verib.

Buzqıran gəminin Arktikada Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri və təchizat gəmiləri üçün bələdçi olacağı planlaşdırılır.

Mənbə: “112” “Telegram” kanalı

0.37236618995667