İmişlidə minik avtomobilləri toqquşub: Xəsarət alanlar var - FOTO

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobillərinin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, hadisə saat 22 radələrində İmişli şəhəri, Nəcməddin Savalanov küçəsində qeydə alınıb.

Qəza zamanı xəsarət alanlar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

0.29967093467712