Şahbuzda qadın faciəvi şəkildə öldü

Naxçıvanın Şahbuz rayonunda qadın körpüdən çaya düşərək ölüb.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə rayonun Külüs kəndində qeydə alınıb.

Belə ki, ötən gün axşam saatlarında kənd sakini 1960-cı il təvəllüdlü Bulqeyis Bağır qızı Bağırova kənddə olan körpüdən çaya düşüb. Kənd sakinləri onun meyitini dünən gecə saatlarında çaydan tapıblar.

Faktla bağlı araşdırma aparılır.

0.050482988357544