"Brüsseldə qapalı keçirilən görüşdə hərbi dəstək məsələlər müzakirə olunub"- İDDİA

“Brüsseldə qapalı keçirilən görüşdə hərbi dəstək məsələlər müzakirə olunub”

Bunu Azreform.info-ya açıqlamasında siyasi ekspert Fuad Əliyev deyib.

 

“Brüssel görüşündən iki gün əvvəl Prezident İlham Əliyevə Blinken və Ursula von der Leyən zəng vurublar. Prezident İlham Əliyev bu görüşlə bağlı Azərbaycanın mövqeyini ABŞ Dövlət katibi Blinken və Avropa Komissiyasının sədri Ursula von der Leyenlə telefon söhbətində onlara çatdırıb.

Blinken və Ursula von der Leyen bu görüşün Azərbaycana qarşı deyil və Ermənistanın iqtisadi inkişaf məsələlərinə fokuslanmağı nəzərdə tutur və sərhəddə “gərginliyin artmasına heç bir əsasın olmadığını” vurğulayıblar. Görüşün nəticəsi olaraq məlum olub ki, Ermənistana 270 milion avro məbləğində 4 il ərzində qrant yardımı ayıracaq. Hesab edirəm ki, bu görüntü yaratmaq üçün, əsas məsələdən bizləri yayındırmaq üçün bu qrant məsələsi qəbul olundu. 270 milyon 4 il ərzində Ermənistanın iqtisadi inkişafını qaldıracaq? Bu nə gülünc bir rəqəmdir. Ermənistan Azərbaycanla sülh müqaviləsini bağlasa, Zəngəzur dəhlizini açsa, bir ilə bu pulu tranzit ölkə kimi qazanacaq. Türkiyə ilə diplomatik münasibətləri bərpa etsə, normal qonşuluq siyasətini yürütsə, Ermənistan iqtisadiyyatı sürətlə inkişaf edəcək”- Fuad Əliyev qeyd etdi.

 

Onun sözlərinə görə Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi görüşün gündəmində olmasa da, müzakirə olundu:

“Bəzi ekspertlər hesab edirlər ki, bu görüş Ermənistanı Rusiyadan ayırmaq, Rusiyanın Ermənistana təsirin alınmasını məqsədi daşıyır. Əgər belədirsə, onda 270 milion yox, 270 milyarda avro ayırmaq lazım idi. Rusiya Ermənistana milyardlarla pul xərcliyib, energetika sahəsinin 60 faizi Rusiyaya aiddir, işığı, qazı güzəştli verir. Bunun müqabiləndə 270 milyon avro 4 il ərzində nə edəcək. Heç nə. Ermənistanın Rusiya ilə sərhədi yoxdur ki, “ikinci cəbhə” açsın, müharibə etsin. Hesab edirəm ki, bu görüş sırf Azərbaycanla bağlıdır. Ermənistanı silahlandırmaq, regionda gərginlik yaratmaq məqsədilə bu görüş baş tutub. Qərb həqiqətlə barışmaq istəmir. Qərbin əsas məqsədi, bölgədə sülh üçün müharibədən sonrakı üçtərəfli razılaşmanı gündəmdən çıxartmaq daşıyır. Ona görə də, hesab edirəm ki, Brüsseldə qapalı keçirilən görüşdə hərbi dəstək məsələlər müzakirə olunub və müəyyən razılığa gəlinib”.

0.057592868804932