Xaçmazda üçmərtəbəli məktəbdə yanğın olub

Xaçmazda üçmərtəbəli məktəbdə yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Xaçmaz şəhərində ümumi sahəsi 10020 m² olan (hər mərtəbəsi 3340 m²) üçmərtəbəli orta məktəb binasının ikinci mərtəbəsində sahəsi 36 m² olan bir otağında üç ədəd kompüter, iki ədəd stol və 0,5 p.m elektrik naqilləri yanıb.

Məktəbin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

0.081911087036133