Heydər məscidində bayram namazı qılınıb
Azərbaycanda Ramazan bayramı qeyd olunur. Bu münasibətlə ölkədə fəaliyyət göstərən bütün məscidlərdə bayram namazı qılınıb.
Bakunews.media xəbər verir ki, Bakının əsas məscidlərindən biri sayılan Heydər məscidində bayram namazı saat 08:30-da, axund Rüfət Qarayevin rəhbərliyi ilə qılınıb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin bayram namazında iştirak etməyib. Buna səbəb QMİ sədrinin bayram günü Strasburqda səfərdə olmasıdır.
Qeyd edək ki, bayram namazı Əjdərbəy və Heydər məscidləri istisna olmaqla digər məscidlərdə bayram namazı saat 09:00- da qılınacaq.
Xatırladaq ki, İçərişəhər Cümə məscidində bayram namazı məscidin axundu Surxay Məmmədli tərəfindən saat 09:00-da qılınacaq.
Könül Cəfərli