Nizami rayonunda motosikletçi qəza törətdi

Bakının Nizami rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, 1990-cı il təvəllüdlü İlyas Vidadi oğlu Məmmədov idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

0.48531699180603