Faktiki hava proqnozu açıqlanıb

Hazırda ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin aprelin 10-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 20 sm olub.

Düşən yağıntının miqdarı Naxçıvanda 12 mm, Şərurda 11 mm, Şahbuzda 7 mm, Ordubad, Sədərəkdə 5 mm, Culfada 2 mm, Yevlax, Göygöl və Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Maştağa, Binə, Neft Daşları, Pirallahı, Çilov adası, Daşkəsən, Göygöl, Şəmkir, Qax, Balakən, Şəki, Qrız, Yevlax, Göyçay, Cəfərxan, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21 dərəcəyədək, Naxçıvan MR-da 19 dərəcəyədək, Aran rayonlarında 18-22 dərəcəyədək, dağlıq rayonlarda 13-16 dərəcə isti olub.

0.17638397216797