Daşkəsəndə ikimərtəbəli ev yanıb

Daşkəsən rayonunun Daşkəsən qəsəbəsində yanğın olub.

Bu barədə Bakunews.media-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, ümumi sahəsi 114 kvadratmetr (hər mərtəbəsi 57 kvadratmetr) olan ikimərtəbəli dördotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

0.45752906799316