Biləsuvarda atasının motosikletini idarə edən yeniyetmə qəza törədib

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndinin ərazisində qeydə alınıb.

Kənd sakini 2008-ci il təvəllüdlü A.N.Rafət oğlu, atasına məxsus motosikleti sürərkən idarəetməni itirib.

Nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Qəzada yeniyetmə xəsarət alıb və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

0.4194610118866