Britaniya Ukraynaya dronları məhv edən döyüş lazeri verəcək

London Kiyevə dronları məhv edə bilən “DragonFire” adlı ən son hərbi lazerini verəcək.

Qeyd olunub ki, o, bir kilometr məsafədə işıq sürəti ilə hədəfləri vuran şüadan istifadə edir.

Verilən məlumata görə, britaniyalılar gələn ay “DragonFire” sistemini sınaqdan keçirəcəklər. O, üç il sonra istifadəyə verilməli idi, lakin Böyük Britaniyanın müdafiə naziri hesab edir ki, lazerin sınağı mümkün qədər tez həyata keçirilməlidir.

Beləliklə, işlər tamamlanmamış lazerin Kiyevə təhvil verilməsi planlaşdırılır.

Mənbə: Independent

0.41621589660645