Gəncədə zəncirvarı qəza: Xəsarət alanlar var - FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarında dayanan VAZ-2107, “Opel”, “Toyota” və “Mercedes” markalı avtomobillərə çırpılıb.

Qəza nəticəsində iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Dövlət Yol Polisinin (DYP) əməkdaşları cəlb olunublar.

0.39477586746216